Bank Of Baku

Azərbaycanda məcbur köçkünlər üçün yeni qəsəbənin inşasına başlanıb

Azərbaycanda məcbur köçkünlər üçün yeni qəsəbənin inşasına başlanıb
# 29 dekabr 2010 13:03 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, yeni qəsəbədə rayon ərazisindəki fin evlərdən ibarət şəhərciklərdə məskunlaşmış laçınlı məcburi köçkünlər üçün 552 evin tikintisinə başlanılıb.

Yeni qəsəbə üçün 111 hektar torpaq sahəsi ayrılıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikinti Texniki Nəzarət İdarəsinin əməkdaşı Vəfa Əlizadə bildirib ki, yeni qəsəbədə 552 yaşayış evi ilə yanaşı, 2 yanğınsöndürmə deposu, 1 inzibati bina, 260 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, Yuxarı Qarabağ kanalından su xətti və müasir tipli sutəmizləyici qurğular, 2 ədəd 500 kub/metrlik su anbarı tikiləcək, yarımstansiyalar qurulacaq, bütün evlər qazlaşdırılacaq.

Qeyd edək ki, Ağcabədi rayonunun müxtəlif yerlərində fin evlərdən ibarət şəhərciklərdə məskunlaşmış laçınlı məcburi köçkünlər üçün Taxta Körpü ərazisində ümumilikdə 3500-dən çox ev inşa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR