Bank Of Baku

Milli Məclisin Sosial Siyasət Komitəsinin 2011-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

Milli Məclisin Sosial Siyasət Komitəsinin 2011-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib
# 29 dekabr 2010 13:09 (UTC +04:00)
APA-nın xəbərinə görə, iclasda komitənin 2011-ci il yaz sessiyasının gündəliyinə daxil olunacaq məsələlər müzakirə edilib. Komitə sədri Hadı Rəcəbli bildirib ki, komitə tərəfindən yaz sessiyası ərzində bir sıra qanun layihələrinin üzərində işlərin aparılması və müzakirəyə çıxarılması planlaşdırılır.

Onun sözlərinə görə, buraya “Sosial iş haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Ailə həkimi haqqında” “Gənc ailələrin sosial müdafiəsi haqqında”, “İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanun layihələri, Sağlamlıq və Sosial Müdafiə məcəllələrinin hazırlanması, Əmək və Ailə məcəllələrinə əlavə və dəyişikliklərin edilməsi daxildir.

H. Rəcəbli bildirib ki, “Pasientin hüquqları haqqında” qanunun “Bioetika haqqında” qanun adlandırılması və təkmilləşdirilərək müzakirəyə təqdim olunması da lazımdır.

Komitə sədri təklif edib ki, terror qurbanları ailələrinin Qarabağ müharibəsi əlillərinə bərabər statusda tutulması üçün də qanunvericilikdə müəyyən işlər görülməlidir.

Daha sonra Komitənin 2011-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

Deputat Məlahət İbrahimqızı deyib ki, Milli Qəhrəman ailələrinin pulsuz tibbi müayinə olunmalarında problemlər var. Hətta bur qrup Milli Qəhrəman ailəsi öz statuslarından istifadə edə bilmirlər. Millət vəkili təklif edib ki, Milli Qəhrəman ailələrinin övladlarına müavinətlərin verilməsində mövcud olan yaş həddi götürülməli, onlar bu müavinəti həmişə almalıdırlar.

Deputat Rauf Əliyev isə “Bədən Tərbiyəsi və idman haqqında” qanuna parolimpiya və orduda idmanının inkişafı ilə bağlı dəyişikliklərin edilməsini təklif edib.

Deputat Yaqub Mahmudov qeyd edib ki, hazırda “Dağ və sərhəd rayonları haqqında” qanunun qəbul olunmasına ehtiyac var və o bununla bağlı layihə hazırlayıb.

İclasda qeyd olunan təkliflər nəzərə alınıb və qeyd olunub ki, bütün bunlar layihə şəklində işlənərək parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR