Bank Of Baku

Ali məktəb tələbələri arasında keçirilmiş Respublika fənn olimpiadasının qalibləri mükafatlandırılıb

Ali məktəb tələbələri arasında keçirilmiş Respublika fənn olimpiadasının qalibləri mükafatlandırılıb
# 29 dekabr 2010 13:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil Nazirliyində ali məktəb tələbələri arasında keçirilmiş XV Respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ali məktəb tələbələri arasında fənn olimpiadalarının mütəmadi keçirilməsinin və elmi konfransların təşkilinin uğurlu nəticələr verdiyini deyib. Nazir bildirib ki, XV Respublika fənn olimpiadasının yekun turu 2010-cu il mayın 26-da Azərbaycan Texniki Universitetində 11 fənn – riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, alman dili, fransız dili və rus dili üzrə keçirilib. Olimpiadanın final mərhələsinə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt və Mingəçevir şəhərlərində yerləşən 34 ali məktəbdən 458 tələbənin qatıldığını söyləyən təhsil naziri, iştirakçıların işlərinin qısa müddət ərzində yoxlanılaraq qaliblərin müəyyənləşdirildiyini vurğulayıb.

M. Mərdanov əlavə edib ki, münsiflər heyətinin qərarına əsasən I yerə 11, II yerə 22, III yerə 33, həvəsləndirici mükafata isə 40 tələbə layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR