Bank Of Baku

Müstəqil maliyyələşdirmə mexanizmi təhsilin bütün pillələrində tətbiq ediləcək

Müstəqil maliyyələşdirmə mexanizmi təhsilin bütün pillələrində tətbiq ediləcək
# 29 dekabr 2010 14:32 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Müstəqil maliyyələşdirmə mexanizmi təhsilin bütün pillələrinə şamil ediləcək. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev APA-ya açıqlamasında bildirib ki, artıq ali məktəblərdə yeni maliyyələşdirmə mexanizminə keçilib. Bu mexanizmə uyğun olaraq dövlət sifarişli ixtisaslara qəbul olan tələbələr üçün illik təhsil haqqı dövlət tərəfindən ödənilir: “Amma bu mexanizmin tətbiqi yalnız ali təhsillə yekunlaşmayacaq. Təhsilin bütün pillələrinə şamil ediləcək. Artıq orta məktəblərdə təhsil haqqını dövlət birbaşa şagirdin adına ödəyəcək”.

Müstəqil maliyyələşdirmə mexanizminin təhsilin digər pillələrində tətbiqinin reallaşmasına gəldikdə, Ş. Hacıyev deyib ki, bu məsələ “Təhsil haqqında” qanunda artıq əksini tapıb. Qanunun həmin bəndinin reallaşması üçün Nazirlər Kabineti tərəfindən xüsusi qərar hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR