Bank Of Baku

Sabirabadda Perinatal Mərkəzin açılışı olub

Sabirabadda Perinatal Mərkəzin açılışı olub
# 29 dekabr 2010 15:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə “Ana və uşaqların sağlamlığının qorunması Dövlət Proqramı”nda nəzərdə tutulmuş 7 perinatal mərkəzdən altıncısı - Sabirabad rayon Perinatal Mərkəzinin açılışı olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ikimərtəbəli, bütün tibbi avadanlıq, sarğı və dərman preparatları ilə təmin olunmuş mərkəzin birinci mərtəbəsi əsasən hamiləliyin patologiyası və qəbul bölməsi kimi, 2-ci mərtəbəsi isə fərdi doğuş və laboratoriya otaqları kimi nəzərdə tutulub. Mərkəzdə yeni doğulmuş körpələrin intensiv terapiya palatası və əməliyyat bloku müasir tibbi standartlara cavab verən avadanlıqlarla təmin olunub. Mərkəz 156 min yerli əhali, 5 minə yaxın qaçqın və ətraf rayonların sakinlərinə xidmət göstərəcək.

Xatırladaq ki, Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba perinatal mərkəzləri artıq fəaliyyət göstərir.

Bu gün Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyovanın iştirakı ilə 15 saylı Uşaq Poliklinikasının da açılış mərasimi olub. 20 mindən artıq əhaliyə xidmət edəcək poliklinikada uşaqların diaqnostikası üçün bütün lazımi şərait yaradılıb.

Maştağa qəsəbəsindəki 1 saylı Ruhi Əsəb Xəstəxanasının 4 qadın şöbəsi və bir qəbul şöbəsinin açılış mərasimi də keçirilib. Əsaslı təmirdən sonra istifadəyə verilən 280 çarpayılıq qadın şöbələri lazımı tibbi avadanlıq, dərman, qida və istilik sistemi ilə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR