Bank Of Baku

Prezident İlham Əliyev Bakı Ticarət Limanının yaxınlığında yeni parkın açılışında iştirak edib

Prezident İlham Əliyev Bakı Ticarət Limanının yaxınlığında yeni parkın açılışında iştirak edib
# 29 dekabr 2010 19:19 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə dekabrın 29-da Bakı Ticarət Limanının yaxınlığında yeni parkın açılışında iştirak edib.

Bakı Ticarət Limanının ərazisindəki yeni parkda tikinti işləri Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi tapşırıqlara əsasən həyata keçirilib. Dövlət başçısı həmin iclasda yeni beynəlxalq ticarət limanının inşa olunacağını vurğulayaraq əvvəlki ticarət limanının yerində abadlıq və quruculuq işlərinin aparılması və burada müasir tələblərə cavab verən yeni istirahət guşələrinin yaradılmasının zəruriliyini bildirmişdi. Həyata keçirilən yenidənqurma işləri Dənizkənarı Milli Parkın hər iki istiqamətə uzadılacağını nəzərdə tuturdu.

Dövlət başçısına görülən abadlıq və quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, əvvəlki limanın üç hektarlıq ərazisində abadlıq və yenidənqurma işləri aparılıb. Parkın ərazisində yeni yaşıllıq zolaqları salınıb, müasir oturacaqlar quraşdırılıb. Yeni parkda uşaqların əylənməsi üçün ən müasir standartlara cavab verən qurğular quraşdırılıb, əhaliyə nümunəvi xidmət göstərmək üçün müxtəlif obyektlər yaradılıb. Parkda yeni fəvvarələr inşa edilib, su keçidləri salınıb. İstirahət guşəsində, həmçinin ən hündür Yeni il bayramı yolkası ucaldılıb. Bayram yolkasının ətrafında isə uşaqların və yeniyetmələrin əylənməsi üçün süni buz örtüyü quraşdırılıb.

Prezident İlham Əliyev parkda əhaliyə xidmət göstərəcək istirahət obyektlərinin şəraiti ilə də maraqlanıb.

Dövlət başçısı və ailə üzvləri yeni istirahət guşəsində yaradılan şəraitlə yaxından tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR