Prezident İlham Əliyev paytaxtda yeni inşa olunan bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışında iştirak edib
Dövlət başçısı əvvəlcə Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində yerləşən yol qovşağı və tunelin açılışına gəlib.
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına qovşağın texniki göstəriciləri barədə məlumat verib. Bildirilib ki, tikintisinə 2010-cu ilin martında başlanılan tunel tipli yol qovşağı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sifarişi ilə inşa olunub. Avtomobil tuneli Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində nəqliyyatın hərəkətinin tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması və piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir. Qeyd olunub ki, tunelin ümumi uzunluğu 284 metr, eni 22,5 metr, hündürlüyü isə 5 metrdir. Tunelin qapalı hissəsinin uzunluğu 45 metr, giriş və çıxış yollarının uzunluğu 239 metrdir. Yan yolların uzunluğu isə 720 metrə çatır. Yol qovşağının Fətəli Xan Xoyski prospekti istiqamətində uzunluğu 560 metr, eni 7 metr, Koroğlu Rəhimov küçəsi istiqamətində isə uzunluğu 160, eni isə 24 metrdir.
İnşaat işləri görülərkən bəzək məqsədi ilə ümumilikdə 4 min kvadratmetr qranit və mərmərdən istifadə edilib. Tikinti zamanı burada 150-yə yaxın işçi çalışıb. Tuneldə avtomobillərin hərəkəti əks istiqamətli 6 zolaqda tənzimlənir. Tuneldə yağış və qrunt sularının axıdılması üçün drenaj xətləri də inşa olunmuş, müasir işıqlandırma sistemi qurulub. Tunelin üzərində və yan yollarda paslanmayan metaldan istifadə olunmaqla konstruksiyalar qurulub, avtomobillərin sərbəst hərəkəti üçün istiqamətverici işarələr qoyulmuş, geniş piyada səkiləri salınıb.
Prezident İlham Əliyev tunelin inşa olunduğu ərazinin əvvəlki və tikintidən sonrakı vəziyyətini əks etdirən fotostendə baxıb. Dövlət başçısı yol qovşağı və tunelin açılışını bildirən lenti kəsib. Tədbirdə çıxış edən prezident İlham Əliyev deyib: “Bir ildən az müddətdə belə gözəl körpü-tunel tikilib və bu ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün bunun çox böyük əhəmiyyəti var. Ancaq bu, işin bir hissəsidir, ondan sonra da işlər həyata keçiriləcək və beləliklə bütün bu zona artıq nəqliyyat baxımından ən yüksək standartlara cavab verəcək. Əsas bu işlərdə keyfiyyət və əlbəttə ki, sürətdir. Hər iki məsələ burada həll olunub. Əminəm ki, burada bütün başqa işlər də eyni sürətlə və keyfiyyətlə görüləcək”.
Sonra dövlət başçısı tunelin üst hissəsindən keçən yol qovşağına baxıb. Ona məlumat verilib ki, Fətəli Xan Xoyski prospektindən metronun “Nəriman Nərimanov” stansiyası və əks istiqamətdə hərəkət edən sürücülər tuneldən, Koroğlu Rəhimov küçəsinə çıxmaq istəyənlər isə üst hissədən istifadə edə bilərlər. Bundan əlavə, Koroğlu Rəhimov küçəsindən gələn nəqliyyat vasitələri köməkçi yoldan istifadə etməklə metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində hərəkət edə, həmçinin tunelin üstündən əks istiqamətə dönmə əməliyyatı apara bilərlər.
Prezident İlham Əliyev yol qovşağı və tunelin tikintisi ilə bağlı görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Dövlət başçısı sonra paytaxtın Nərimanov rayonunda Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən avtomobil tunelinin açılışında iştirak edib.
Nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevə məlumat verib ki, tikintisinə 2010-cu ilin aprelində başlanan tunel Koroğlu Rəhimov və Təbriz küçələri istiqamətində hərəkətin svetoforsuz tənzimlənməsinə xidmət edir. Bu isə öz növbəsində həmin yol kəsişməsində avtomobil tıxacının qarşısını alır. Tunel yerləşdiyi ərazinin ümumi görünüşü ilə uzlaşdırılmışdır. Tunelin içərisində və üstündə quraşdırılan işıq dirəkləri yol ötürücüsünün həm gözəl görünüşünə, həm də hərəkətin tənzimlənməsinə imkan yaradır.
Sosial
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mədinə Babayevanın qalıqları 33 il sonra Kəlbəcərdə dəfn olunub - FOTO
Baş prokuror Xətai rayonunda qəbul keçirib
Xəbər Lenti
Venesuelada zəlzələ qurbanlarının sayı 2 645 nəfərə çatıb
Litva Prezidenti: Müdafiə xərclərini 5 faizə çatdırmayan ölkələr NATO-nun birliyini təhlükə altına qoya bilər
DÇ-2026: Misir 1/8 final mərhələsinə vəsiqə qazanıb
Tramp Bayden administrasiyası dövründə məhkum olunmuş altı ABŞ vətəndaşını əfv edib
Hemilton Britaniya Qran-prisinin sprint təsnifatının qalibi olub
Macarıstan Aİ-nin Ukrayna ilə növbəti danışıqlar mərhələsinə razılıq verib
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB
Almaniyada 30 mindən çox "Mercedes-Benz" işçisi etiraz aksiyasına çıxıb
Hikmət Hacıyev ABŞ-ı Müstəqillik Günü münasibəti ilə təbrik edib
Türkiyədən İraqa gedən avtobus qəzaya uğrayıb, 40 nəfər xəsarət alıb
Hakan Fidan suriyalı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Netanyahu Trampla ABŞ-da görüş barədə razılığa gəlib
Merz: Almaniya təhlükəsizlik məsələlərində daha çox məsuliyyət götürəcək
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
Birinci Qarabağ müharibəsi şəhidi Bahadur Kamalovun qalıqları Kəlbəcərdə dəfn olunub - FOTO
Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTO
Naxçıvan şəhərində yük avtomobili 2 piyadanı vurub
Monteneqro İnterpol xətti ilə axtarılan şəxsi Azərbaycana təhvil verəcək
Arayik Harutyunyan və digərlərinin apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb - FOTO
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
Ötən ay Bakı metrosundan 18,6 milyon sərnişin istifadə edib
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mədinə Babayevanın qalıqları 33 il sonra Kəlbəcərdə dəfn olunub - FOTO
KİV: NATO sammitində Ukraynaya 140 mlrd. avroluq hərbi yardım paketi ayrılacaq
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
ADY rəhbərliyi Rusiya və İranla əməkdaşlığı müzakirə edib, protokol imzalanıb
BMMT-nin Baş katibi Sudan XİN rəhbəri ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Sabir Hacıyev: Rəqəmsal inkişaf Azərbaycanın gələcək rəqabət üstünlüyünü formalaşdıran strateji seçimdir
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı olub
Bərdə-Ağdam-Xankəndi yolunda qəza olub, 5 nəfər xəsarət alıb- YENİLƏNİB
Almaniya Kansleri Trampa cavab verib
Bakıda 3 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Son aylarda Naxçıvanın enerji tələbatı bərpaolunan mənbələr hesabına təmin edilib
Bakıda açıq sahədə yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
Xaricdə yaşayan Ermənistan vətəndaşlarının səsvermə hüququnu məhdudlaşdıran qanun qəbul edilib
Coratda dənizdə nəzarətsiz ərazidə batan bir nəfər xilas edilib, digərinin meyiti tapılıb
Rusiya Kiyevdə Avropa Parlamenti əməkdaşlarının və Avstriya səfirinin qaldığı oteli vurub
Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Sosial şəbəkələrdən istifadə ilə bağlı dəyişikliklər: Qadağa deyil, qorunma mexanizmi – TƏHLİL
Kütləvi məzarlıqlara dair etiraf: ICMP Baş direktoru Azərbaycanın illərdir səsləndirdiyi həqiqətləri təsdiqləyir - ŞƏRH
Tusk Polşa-Ukrayna münasibətlərindəki gərginliyə görə Zelenskini ittiham edib
“Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament” qəbul edilib
Aİ Navalnının ölümünə görə 6 rusiyalı tədqiqatçıya sanksiya tətbiq edib
Baş prokuror Xətai rayonunda qəbul keçirib
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edib
Türkiyə generalı Azərbaycan HDQ-də olub
“New York Times”: ABŞ İsraili İranın danışıqlar heyətinə qarşı sui-qəsd fikrindən daşındırıb
KİV: Heqset ABŞ-ın Avropadakı qoşunlarının sayını azaltmağı planlaşdırıb, Rubio mane olub