Bank Of Baku

UNESCO 2011-ci ili “Beynəlxalq kimya ili” elan edib

UNESCO 2011-ci ili “Beynəlxalq kimya ili” elan edib
# 30 dekabr 2010 09:30 (UTC +04:00)
Bakı İlhamə İsabalayeva - APA. UNESCO 2011-ci ili “Beynəlxalq kimya ili” elan edib. APA-nın xəbərinə görə, BMT-nin Xəbər Mərkəzinin məlumatında bildirilir ki, UNESCO-nun baş direktoru İrina Bokova elmlərin potensialının daha yaxşı dərk edilməsinin vacibliyini vurğulayıb: “Biz bir yerdə fikirləşməliyik ki, o potensialdan necə istifadə edə bilərik. Məsələn, davamlı inkişafa xidmət edən “yaşıl kimya”nı necə yaratmaq olar. Kimya sahəsindəki tapıntılar qlobal iqlim dəyişikliyi probleminin həllinə və alternativ enerji mənbələrinin təkmilləşdirilməsinə kömək edər. Kimya həm də gələcəkdə regionların stabilliyi üçün vacib olan təmiz su mənbələrinə daxil olmağı yüngəlləşdirər”.
Baş direktor kimya sahəsində mütəxəssis hazırlığını genişləndirməyə və sürətləndirməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR