Bank Of Baku

Azərbaycanda 8 mindən artıq xarici vətəndaş çalışır

Azərbaycanda 8 mindən artıq xarici vətəndaş çalışır
# 30 dekabr 2010 09:58 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev bildirib. O deyib ki, dünyada 200 milyondan artıq insan başqa dövlətlərdə yaşayır, onların 95 milyonu işçi miqrantdır.

S. Mehbalıyevin sözlərinə görə, 1989-2007-ci illərdə Azərbaycandan 418 min işçi gedib, Azərbaycana 425 min işçi gəlib. Azərbaycandan gedən işçilərin 58 faizi Rusiya, 10 faizə qədəri Ukrayna, 4 faizi Gürcüstan, 3 faizi Qazaxıstan və digər ölkələrin payına düşür.

AHİK sədri Azərbaycana yenidən işçi axınının başladığını deyib. O bunu Azərbaycanda gedən iqtisadi inkişafla əlaqələndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR