Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 3-cü Məclisinin növbəti iclası keçirilib - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 3-cü Məclisinin növbəti iclası keçirilib - <font color=red>FOTO</font>
# 30 dekabr 2010 10:54 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 3-cü Məclisinin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, AHİK-in sədri Səttar Mehbalıyev “Əməkçi miqrantların sosial-iqtisadi problemlərinin həllində həmkarlar ittifaqı təşkilatlarının vəzifələri haqqında” məruzə ilə çıxış edib. O bildirib ki, miqrasiya prosesləri milyonlarda insanın həyatını əhatə edən mühüm qlobal problemlərdən biridir: “Bu problem bir çox ölkələrin əmək bazarına, onların iqtisadi, sosial və demoqrafik göstəricilərinə təsir göstərir, bərabər və dayanaqlı inkişafın əsasını təşkil edir”.

Tədbirdə qeyd olunub ki, miqrant işçilərin hüquqlarının qorunması məqsədilə AHİK xarici ölkələrin həmkarlar təşkilatları ilə əməkdaşlıq əlaqələri yaradır. İştirakçıların fikrincə, əmək miqrantları üçün elə şərait yaradılmalıdır ki, onlar hər yerdə ölkəyə giriş-çıxış qaydaları və öz hüquqları barədə məlumat almaq imkanı əldə edə bilsinlər, həmkarlar ittifaqı üzvlüyünə cəlb olunsunlar və təşkilatın imtiyazlarından yararlansınlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR