Bank Of Baku

Səttar Mehbalıyev: «Azərbaycanda «İcbari sığorta haqqında» qanun işləməlidir»

Səttar Mehbalıyev: «Azərbaycanda «İcbari sığorta haqqında» qanun işləməlidir»
# 30 dekabr 2010 11:04 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Hazırkı iqtisadi vəziyyətdə Azərbaycanda «İcbari sığorta haqqında» qanun effektlə işləyə bilər. APA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib.

M.Mehbalıyev xatırladıb ki, hələ 15-20 il əvvəl icbari sığorta məsələsi qaldırılıb: «O dövrdə demişdim ki, bu qanun işləməyəcək, çünkü idarə və müəssisələrin maliyyə cəhətdən imkanları sıfıra bərabər olub, gəlirləri olmayıb. Qanun qəbul olundu və işləmədi. İndi isə Azərbaycanda iqtisadi inkişaf var, iri müəssisələr gəlirlə işləyir, bu məsələ öz əksini gəlirlə işləyən müəssisələrdə tapacaq. Orta və kiçik müəssiələr də digər xərclərini azaldıb, bu sahəyə vəsait ayırmalıdı».

İşçilərin hüquqlarının pozulması ilə bağlı sualı cavablandıran S.Mehbalıyev bildirib ki, əvvəlki illərdə işçilər vaxtı-vaxtında əmək haqqı almırdı, istənilən vaxt işçi işdən azad edilirdi: «Son 3-4 ildə bu tədricən minimuma salınıb, əmək haqları vaxtında verilir».

«Amma bəzi işəgötürənlər ikili mühasibatlıq aparır. Orada işləyənlərə başa salmağa çalışırıq ki, əmək haqqı az göstərilirsə, pensiya yaşlarında çox aşağı pensiya alaqcaqsız. Çalışın ki, əmək haqqı olduğu kimi yazılsın ki, yüksək təqaüd alasız. Parlamentdə bu məsələ müzakirə olunanda məsələ qaldırmışam ki, həmkarlar ittifaqı olmayan özəl şirkətlərdə ikili mühasibatlıq problemi olacaq, amma həmkarlar təşkilatı olarsa, buna son qoyulacaq. Biz də çalışacağıq ki, özəl sektora aid bütün müəssisələrdə həmkarlar təşkilatları yaradılsın», - deyə S.Mehbalıyev vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR