Bank Of Baku

Tacikistanda ictimai yerlərdə siqaret satmaq və çəkmək qadağan edilib

Tacikistanda ictimai yerlərdə siqaret satmaq və çəkmək qadağan edilib
# 30 dekabr 2010 12:41 (UTC +04:00)
Bakı - APA-Economics. Tacikistan prezidenti İmaməli Rəhmon parlamentin hər iki palatasının dəstəyini qazanmış “Tütün məhsullarının istehlakının məhdudlaşdırılması haqqında” qanunu təsdiqləyib.

APA-Economics”in “AsiaPlus”a istinadən xəbərinə görə, qanuna əsasən mülkiyyət formasından asılı olmayaraq məktəblərdə, xəstəxanalarda, müəssisə və təşkilatların binalarında, aeroportlarda, vağzallarda, sanatoriyalarda, profilaktoriyalarda, idman və mədəni obyektlərdə, ictimai nəqliyyatda tütün məhsullarının satışı və siqaret çəkmək qadağan olunur.

Bundan başqa, uşaq bağçaları, məktəblər, xəstəxanalar, digər təhsil və tibb müəssisələrinin 100 metr yaxınlığınadək tütün satmaq, yetkinlik yaşına çatmayan uşaqlara tütün məhsulları satmaq və yeniyetmələrin siqaret çəkməsi də qanunvericiliklə qadağan edilir.

Siqaret çəkənlər üçün Tacikistanda xüsusi yerlər ayrılacaq. Qanunu pozanları isə cərimə gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR