Bank Of Baku

Dərin Özüllər Zavodunda tibbi bölmə işə başlayıb

Dərin Özüllər Zavodunda tibbi bölmə işə başlayıb
# 30 dekabr 2010 13:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. ARDNŞ-in Mərkəzi Neftçilər Xəstəxanasının Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu ərazisində yeni yaradılmış Təcili-Tibbi Yardım Şöbəsi işə düşüb. «APA-Economics»in məlumatına görə, ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin də iştirak etdiyi açılış mərasimində bildirilib ki, reanimasiya, müşahidə, müayinə, prosedur və qeydiyyat otaqlarından ibarət olan bu bölmə müasir beynəlxalq standartlara cavab verən tibii avadanlıqlar - kardiomonitor, süni tənəffüs aparatı, defibriliyator (ürək üçün) və elektrokardioqramma apparatı ilə təmin edilib. Bölmənin sərəncamındakı təcili tibbi yardım maşını isə süni tənəffüs aparatı, müxtəlif cihazlar, habelə bütün zəruri tibbi dərman və ləvazimatlarla təchiz olunub.

Qeyd edək ki, 8 həkim və 6 tibb bacısından ibarət tibbi heyəti olan bölmədə «Toshiba» şirkətinin istehsalı olan rentgen laboratoriyası və hemotoloji, urinoloji, biokimyəvi analizatorlarla təmin olunmuş ekspress laboratoriya fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR