Bank Of Baku

AMEA-nın vitse-prezidenti: “Gələn il Azərbaycanda doktoranturaya qəbul iki dəfə aparıla bilər”

AMEA-nın vitse-prezidenti: “Gələn il Azərbaycanda doktoranturaya qəbul iki dəfə aparıla bilər”
# 30 dekabr 2010 13:36 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Arif Həşimov APA-ya bildirib ki, gələn ilin yanvar ayının ikinci ongünlüyündə doktoranturaya qəbul planın təsdiqlənəcəyi gözlənilir.

Onun sözlərinə görə, qəbul planının nə qədər olacağı hələ müəyyənləşdirilməyib. AMEA rəsmi qəbul planının doktoranturaya qəbulun il ərzində neçə dəfə keçirilməsindən də asılı olduğunu deyib. O əlavə edib ki, gələn il doktoranturaya ikinci qəbulun keçiriləcəyi də gözlənilə bilər: “Amma bu, hələ dəqiq deyil. Buna hazırlaşmaq lazımdır. Gələn il qəbulun bir və iki dəfə aparılması ilk qəbulda sənəd verənlərin, müsabiqədən keçənlərin sayından, onların rəhbərlərinin təqdim etdiyi mövzulardan asılıdır. Bu məsələlərin hamısına kompleks şəkildə baxılacaq”.

A.Həşimov qeyd edib ki, ilk qəbulun gələn ilin fevral ayında elan edilməsi nəzərdə tutulur. İkinci qəbulun isə gələn ilin sentyabrında keçirilməsi mümkün ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR