Bank Of Baku

Ağdaşda müharibə əlillərinə yeni evlər verilib

Ağdaşda müharibə əlillərinə yeni evlər verilib
# 30 dekabr 2010 14:41 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov - APA. Bu gün Ağdaşda Qarabağ müharibəsi əlilləri Zülfəli Zeynalov, Mais Cəfərov və Vüqar Fərzəliyev üçün yeni tikilən fərdi yaşayış evlərinin açılışı olub.

APA-nın yerli bürosunun xəbərinə görə dekabrın 30-da keçirilən mərasimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçisi Rüfət Mürşüdov, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov iştirak edib.

Daimi elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin edilən mənzillərdə istilik sistemi quraşdırılıb, evlərin həyəti abadlaşdırılıb. Mənzillərin açarları sahiblərinə təqdim edildikdən sonra evlərdə yaradılan şəraitlə tanışlıq olub.

Qeyd olunub ki, son 3 ildə Ağdaş rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 48 mənzilli yaşayış binası, 10 ədəd fərdi ev tikilib, 6 nəfərə minik avtomobili verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR