Bank Of Baku

Göyçayın iki kəndinə 16 illik fasilədən sonra təbii qaz verilməsinə başlanıb

Göyçayın iki kəndinə 16 illik fasilədən sonra təbii qaz verilməsinə başlanıb
# 30 dekabr 2010 14:49 (UTC +04:00)
Göyçay. Zahid Abışov - APA. Bu gün Göyçay rayonunun Hacalıkənd və Qarabaqqal kəndlərinə 16 illik fasilədən sonra təbii qaz verilməsinə başlanıb.

APA-nın Aran bürosunun məlumatına görə, qazın verilişi münasibətilə təşkil olunmuş mərasimdə, millət vəkilləri, rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, idarə təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Göyçay rayon Qaz İstismar İdarəsinin rəisi Katib Qədiməliyevin verdiyi məlumata görə, ilkin mərhələdə sayğaclarla təmin olunmuş 850 abonentə təbii qazın verilməsi nəzərdə tutulub. Artıq Göyçay rayonun 4 kəndi təbii qazla təmin olunub. Gələcəkdə rayonun digər kəndləri də qazlaşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR