Bank Of Baku

Dövlət Miqrasiya Xidmətində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Dövlət Miqrasiya Xidmətində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
# 30 dekabr 2010 14:54 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində (DMX) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib. DMX-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, xidmət rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov çıxış edərək Heydər Əliyevin Azərbaycan tarixinə miras qoyduğu 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixindən danışıb. Qeyd edilib ki, Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə Naxçıvan Ali Məclisi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması barədə qərar qəbul edib və onun bütün ölkə ərazisində bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıb. Parlamentin 1991-ci il 26 dekabr tarixli qərarı ilə hər il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir.
Nəzərə çatdırılıb ki, Azərbaycançılığa yüksək dəyər verən Heydər Əliyev bu ideyanı daşıyanları daim bir olmağa çağırıb. Sonda xidməti fəaliyyətdə fərqlənən əməkdaşlara mükafatlar təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR