Bank Of Baku

Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan yeni şəhərciyin açılışı olub - FOTO

Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan yeni şəhərciyin açılışı olub - <font color=red>FOTO</font>
# 30 dekabr 2010 15:03 (UTC +04:00)
Salyan. Əlibəy Zeynallı - APA. Salyan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan yeni şəhərciyin açılışı olub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon İcra Hakimiyyətindən bildirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə imkansız ailələr üçün tikilən 150 evdən ibarət şəhərciyin açılışında Fondun icraçı direktoru Anar Ələkbərov və Salyan rayonundan deputat seçilmiş Əliağa Hüseynov iştirak edib. Evlər müasir standartlara və infrastruktura malikdir. Evləri təhvil alan rayon sakinləri Heydər Əliyev Fonduna və onun rəhbəri, millət vəkili Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR