Bank Of Baku

Hacıqabulun Rəncbər kəndinə təbii qaz verilib

Hacıqabulun Rəncbər kəndinə təbii qaz verilib
# 30 dekabr 2010 15:31 (UTC +04:00)
Salyan. Əlibəy Zeynallı - APA. Hacıqabul rayonunun Rəncbər kəndinin yaşayış massivinə təbii qaz verilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, bu gün saat 11.00 radələrində Rəncbər kəndində yerləşən 45 fərdi ev mavi yanacaqla təmin olunub. Açılışda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı Kamandar Eyvazov da iştirak edib. O bildirib ki, yaxın zamanlarda kənd orta məktəbi də təbii qazla təmin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR