Bank Of Baku

Azərbaycan ərazisində buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış və qar yağacaq

Azərbaycan ərazisində buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış və qar yağacaq
# 05 yanvar 2011 09:43 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, axşam yarımadanın bəzi yerlərində güclənəcək. Gündüz 7-10, axşama doğru 5 dərəcəyədək isti olacaq.

Yanvarın 6-da havanın dəyişkən buludlu olacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.

Yanvarın 7-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq.

Yanvarın 8-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 6-da hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

Yanvarın 7-8-də gecə və səhər duman olacaq. Bəzi şimal və şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Yanvarın 8-də respublikanın qərb rayonlarından başlayaraq, hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və bəzi dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Axşama doğru yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR