Bank Of Baku

Səhiyyə Nazirliyinin həkimlər üçün keçirdiyi ilk imtahanın nəticələri üç gündən sonra açıqlanacaq

Səhiyyə Nazirliyinin həkimlər üçün keçirdiyi ilk imtahanın nəticələri üç gündən sonra açıqlanacaq
# 05 yanvar 2011 14:13 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya bildirib ki, ilk imtahan mama-ginekologiya və terapiya ixtisasları üzrə olub. İmtahanda 24 həkim iştirak edib. İmtahanın nəticələri isə üç gündən sonra açıqlanacaq. Həkimlər imtahan nəticələrini Səhiyyə Nazirliyinin rəsmi internet saytından və Sertifikasiya Komissiyasından öyrənə biləcəklər.

A.Qədirli deyib ki, növbəti imtahanlar yanvarın 12-də anesteziologiya - reanimatologiya və pediatriya, yanvarın 19-da oftalmologiya, ümumi cərrahiyyə ixtisasları üzrə olacaq.

Səhiyyə mütəxəssislərinin sertifikasiyası 2 mərhələdə - test və müsahibə yolu ilə reallaşdırılacaq. Test imtahanının yekununa görə 60 və ya daha çox bal toplamış şəxslər müsahibəyə buraxılacaq. Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi veriləcək və onlar 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edəcəklər.
Qeyd edək ki, sertifikasiya prosesi Nazirlər Kabinetinin 2010-ci il iyunun 8-də verdiyi qərarla təsdiqlənmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası” na uyğun həyata keçirilir. Sertifikasiyanın məqsədi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılmasıdır. Sertifikasiya prosesinə beş ildə bir dəfə ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri cəlb edilirlər. Hamilə qadınlar, uşağı üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, həmçinin uşağını təkbaşına böyüdən kişilər sertifikasiyaya cəlb edilməyəcəklər.
Bundan başqa, alı və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər təhsilini təsdiq edən sənədin verildiyi gündən, habelə ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən 5 il müddətində sertifikasiyadan keçməyəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR