Bank Of Baku

Azərbaycanda quş ovuna qoyulan qadağanın müddəti daha bir ay uzadılıb

Azərbaycanda quş ovuna qoyulan qadağanın müddəti daha bir ay uzadılıb
# 06 yanvar 2011 08:45 (UTC +04:00)
Quş ovu üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi şöbələrinə ayrılmış ov icazələrindən istifadənin hüquqi qüvvəsi dayandırılıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, Türkiyə, Honq-Konq və Gürcüstanda “quş qripi” xəstəliyinin (H5N1 virusu) aşkarlanması barədə yayılan məlumatlardan sonra Azərbaycan ərazisində qabaqlayıcı tədbirlərin görülməsi zərurəti yaranıb. Cənub-Şərqi Asiyadan Azərbaycana vəhşi quşların miqrasiya etməsi, Gürcüstan və Türkiyənin isə həmsərhəd olması xəstəliyin hər an ölkəyə daxil olma ehtimalını artırır.

Bununla əlaqədar ETSN tərəfindən ötən il dekabrın 30-dan quş ovuna qoyulan qadağanın müddəti daha bir ay uzadılıb.

Qeyd edək ki, çoxsaylı ovçuların müraciətləri nəzərə alınaraq ötən il noyabrın 5-də ölkə ərazisində su-bataqlıq quşlarının ovu açıq elan olunmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR