Bank Of Baku

Xəzər dənizinin Azərbaycan sektorunda seysmik stansiyalar quraşdırılacaq

Xəzər dənizinin Azərbaycan sektorunda seysmik stansiyalar quraşdırılacaq
# 06 yanvar 2011 10:14 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum bununla bağlı Azərbaycan Nazirlər Kabinetinə müraciət edib və hökumətin razılığını alıb. Xəzərin Azərbaycan üçün böyük strateji əhəmiyyət daşıdığını deyən xidmət rəhbəri bildirib ki, Abşeron yarımadası və Bakı üçün seysmik baxımdan əsas təhlükə mənbəyi Xəzərdə yerləşən zəlzələ ocaqlarından yaranır: “Bu təhlükələri önləmək üçün dənizdə seysmik stansiyaların olması vacibdir. Hələlik Xəzərdə 3 stansiyanın quraşdırılması planlaşdırılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR