Bank Of Baku

BDU-da qış imtahan sessiyası çərçivəsində bütün auditoriyalarda kameralar quraşdırılıb

BDU-da qış imtahan sessiyası çərçivəsində bütün auditoriyalarda kameralar quraşdırılıb
# 06 yanvar 2011 11:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Bu gün Bakı Dövlət Universitetinin (BDU) əyani şöbəsində qış imtahan sessiyası başlayıb. Bu barədə APA-ya BDU-nun mətbuat və informasiya şöbəsindən məlumat verilib. Yanvarın 31-də başa çatacaq imtahanlar 3 növbəli olacaq və bütün fakültələr üzrə elektron və alternativ test, o cümlədən monitorinq üsulu ilə həyata keçiriləcək.

İmtahan başlamazdan öncə fakültə dekanları, koordinator və rəhbər-koordinatorların rektor Abel Məhərrəmovla görüşü keçirilib. A. Məhərrəmov onları prosesə ciddi nəzarət etməyə, tələbələrin biliyini obyektiv qiymətləndirməyə çağırıb. Rektor bildirib ki, tələbələrə daha ciddi nəzarət etmək, köçürmə hallarının qarşısını almaq üçün bütün auditoriyalarda kameralar quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR