Bank Of Baku

Rusiyada qeyri-leqal işləyən azərbaycanlıların əmək fəaliyyətinin leqallaşdırılması Rusiyadan çıxmadan mümkün olacaq

Rusiyada qeyri-leqal işləyən azərbaycanlıların əmək fəaliyyətinin leqallaşdırılması Rusiyadan çıxmadan mümkün olacaq
# 06 yanvar 2011 12:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanla Rusiya arasında əmək miqrasiyası sahəsində əməkdaşlığa dair saziş imzalandıqdan sonra Rusiyada işədüzələnlər leqal işləməyə başlayacaq.

Bunu “APA-Economics”ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin rəisi Rauf Tağıyev deyib.

Onun sözlərinə görə, bu sazişdən sonra hazırda qeyri-leqal işləyənlərin əmək fəaliyyətinin leqallaşdırılması Rusiya ərazisini tərk etmədən mümkün olacaq. Saziş layihəsi üzərində iş aparmaq məqsədilə ötən il noyabrın sonunda işçi qrupun Bakıda son iclası keçirilib. İclasda belə razılığa gəlinib ki, sazişin imzalanmasının sürətlənməsi üçün ölkədaxili prosedurlar həyata keçirilsin.

R.Tağıyev sazişdə Rusiyada işləyən azərbaycanlıların sosial hüquqlarının qorunması ilə bağlı bir çox məsələlərin də öz həllini tapacağını deyib.

Müfəttişlik rəisi sazişin imzalanma tarixinin hələ dəqiq bəlli olmadığını da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR