Bank Of Baku

Bakıda təhsil müəssisələrinin informasiyalaşdırılması üzrə ilk sərgi keçiriləcək

Bakıda təhsil müəssisələrinin informasiyalaşdırılması üzrə ilk sərgi keçiriləcək
# 06 yanvar 2011 13:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə yanvarın sonunda paytaxtdakı Əl Oyunları Sarayında informasiya-kommunikasiya texnologiyaları və təhsilin informasiyalaşdırılması üzrə sərgi keçiriləcək. İdarənin rəis müavini Məhərrəm Bayramov APA-ya bildirib ki, sərgi BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri üçün təşkil olunacaq. Sərgidə eyni zamanda, BŞTİ ilə əməkdaşlıq edən və təhsilin informasiyalaşdırılmasına kömək edən şirkətlər də iştirak edəcək.

M. Bayramovun sözlərinə görə, belə bir sərgi ilk dəfə keçirilir. Sərginin keçirilməsində əsas məqsəd son illərdə təhsilin informasiyalaşdırılması ilə bağlı görülən işləri ictimaiyyətə təqdim etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR