Bank Of Baku

Azərbaycanda ötən il 10000 nüsxəyə yaxın pirat CD, DVD, audio və videokasset satışdan çıxarılıb

Azərbaycanda ötən il 10000 nüsxəyə yaxın pirat CD, DVD, audio və videokasset satışdan çıxarılıb
# 06 yanvar 2011 15:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2010-cu ildə Müəllif Hüquqları Agentliyinin (MHA) müvafiq dövlət orqanları ilə birgə apardığı işlər nəticəsində Azərbaycanda piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə kitab nəşri sahəsində 61%-dən 40%-ə, audio-video məhsul bazarında 90%-dən 70%-ə, proqram təminatında 96%-dən 88%-ə düşüb. MHA-dan APA-ya verilən məlumata görə, piratçılığa qarşı mübarizəyə ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə elektron KİV də daxil olmaqla kütləvi informasiya vasitələrində onlarla xüsusi verilişlər hazırlanıb, 30-dək məqalə dərc edilib, “Ulduzlar piratlara yox deyir” devizi altında aksiya və aidiyyəti orqanlarla birgə monitorinqlər keçirilib. Monitorinqlər zamanı on min nüsxəyə yaxın pirat CD, DVD, audio və videokasset aşkar edilərək qanunvericiliklə müəyyən edilmiş qaydada satış şəbəkələrindən çıxarılıb.

Ötən il məhkəmə və hüquq-mühafizə orqanlarının müraciətləri əsasında pirat məhsullar, o cümlədən qeyri-qanuni proqram təminatı barədə MHA tərəfindən 12 ekspert rəyi hazırlanıb, agentliyin nümayəndələri 6 məhkəmə işi üzrə üçüncü şəxs və ya ekspert qismində məhkəmə proseslərində iştirak ediblər. Müəlliflərə, hüquq sahiblərinə, ictimai birliklərə və müəllif-hüquq məsələləri ilə maraqlanan vəkillərə kömək məqsədilə agentlikdə ictimai əsaslarla “Hüquq məsləhətxanası” yaradılıb. Agentliyin “Qaynar xətt”inə ötən il 700-dən çox müraciət daxil olub. Bu müraciətlərin hər biri üzrə müvafiq tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR