Bank Of Baku

Sabahdan Azərbaycanın bəzi ərazilərində qar yağacaq

Sabahdan Azərbaycanın bəzi ərazilərində qar yağacaq
# 07 yanvar 2011 08:49 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 8-10, axşam 5-7 dərəcə isti olacaq.

Yanvarın 8-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Yanvarın 9-da hava şəraitinin tutqun olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 5-8 dərəcə isti olacaq.

Yanvarın 10-da havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 8-də havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Yanvarın 9-10-da havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi, ayrı-ayrı yerlərdə güclü olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 0-4 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR