AMEA-nın I vitse-prezidenti: “Bakalavriat və magistrantların təhsillərini davam etdirməsi üçün onlara hərbi xidmətdən möhlət verilməlidir”

AMEA-nın I vitse-prezidenti: “Bakalavriat və magistrantların təhsillərini davam etdirməsi üçün onlara hərbi xidmətdən möhlət verilməlidir”
# 07 yanvar 2011 09:56 (UTC +04:00)
Həmin elmi tədqiqatlar zəncirinin bir halqası qopduqda elmin inkişafı prosesi pozula bilər. Ümumiyyətlə, akademiya əməkdaşlarının mövqeyi belədir ki, təhsili davamlı şəkildə aparmaq üçün mümkün şəkildə oğlanlara möhlət verilsin”. APA-nın məlumatına görə, bunu YAP-ın saytına müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti Arif Həşımov deyib. O bildirib ki, ali təhsilin bakalavr və ya magistr səviyyəsini bitirən gənclərin ordu sıralarına çağırılması onları bir növ elmi fəaliyyətdən, tədqiqatlardan ayrı salmış olur: “Bunun nəticəsində isə həmin gənclərdə ya tədqiqat işini yenidən aparmaq həvəsi itir, ya da onların tədqiqat mövzuları köhnəlmiş olur”.

A. Həşimov əlavə edib ki, ali təhsilin bakalavr və ya magistr səviyyəsini bitirən oğlanların hərbi xidmətə getməsi nəticəsində doktoranturaya qəbul olanların mütləq əksəriyyətini qızlar təşkil etmiş olur: “Lakin sonradan bu sahədə təhsilini davam etdirən qızların ailə qayğılarının artması tədqiqat işlərinin uzun müddət ləngiməsinə, hətta dayanmasına gətirib çıxarır. Beləliklə də, bu proses elmin və təhsilin inkişafına müəyyən mənada mənfi təsir göstərmiş olur. Bu nöqteyi-nəzərdən də düşünürəm ki, bakalavriatların və ya magistrantların təhsillərini davam etdirməsi üçün onlara möhlətin verilməsi elmin inkişafına böyük töhfə olardı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR