Səhiyyə mütəxəssisləri üçün keçirilən sertifikasiya prosesinin ilk imtahanlarının nəticələri açıqlanıb

Səhiyyə mütəxəssisləri üçün keçirilən sertifikasiya prosesinin ilk imtahanlarının nəticələri açıqlanıb
# 07 yanvar 2011 10:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssisləri üçün yanvarın 5-də keçirilən sertifikasiya prosesinin ilk imtahanlarının nəticələri bəlli oldu. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mama-ginekologiya və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda 23 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərin 92% uğurlu nəticələr əldə edib.

İmtahanın şərtlərinə görə, 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılıblar.

Qeyd edək ki, növbəti imtahanlar yanvarın 12-də anestiziologiya-reanimatologiya və pediatriya, yanvarın 19-da oftalmologiya, ümumi cərrahiyyə ixtisasları üzrə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR