Bank Of Baku

Təhsil Nazirliyi Qərb Universitetinin lisenziya müddətinin uzadılması ilə bağlı müraciətini araşdırır

Təhsil Nazirliyi Qərb Universitetinin lisenziya müddətinin uzadılması ilə bağlı müraciətini araşdırır
# 07 yanvar 2011 12:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanda fəaliyyət göstərən özəl ali məktəb olan Qərb Universiteti lisenziya müddətinin uzadılması üçün Təhsil Nazirliyinə müraciət edib. Nazirlikdən APA-ya verilən məlumata görə, hazırda müvafiq komissiya məktəbin lisenziyasının uzadılması üçün tələb olunan şərtlərə əməl edib-etməməsi ilə bağlı vəziyyəti araşdırır. Bu araşdırmalar zamanı məktəbin maddi-texniki bazası, tədris şəraiti, pedaqoji heyəti, beynəlxalq əlaqələri, ixtisaslar üzrə hazırlıq səviyyəsi öyrənilir.

Qeyd edək ki, bu yaxınlarda TN Bakı Biznes Universiteti və Xəzər Universitetinin lisenziya müddətini uzadıb. Lisenziya 5 il müddətinə verilir.

Xatırladaq ki, Qərb Universiteti Azərbaycan Nazirlər Kabinetinin 4 mart 1995-ci il tarixli 44 saylı qərarı ilə qeyri-dövlət təhsil müəssisəsi kimi dövlət qeydiyyatına alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR