Bank Of Baku

Bosniya və Herseqovinanın xarici işlər naziri İçərişəhərlə tanış olub - FOTO

Bosniya və Herseqovinanın xarici işlər naziri İçərişəhərlə tanış olub - <font color=red>FOTO</font>
# 13 yanvar 2011 15:18 (UTC +04:00)
Bakı-APA. Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayın başçılıq etdiyi nümayəndə heyəti bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub. Tanışlıq müddətində qonaqlar üçün İçərişəhər ərazisində gəzinti və tarixi abidələrlə bağlı ekskursiya keçirilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən xəbərə görə, qonaqların gəzintisi Qız Qalası ilə tanışlıqla başlanıb. Qız Qalasının Bakının simvolu və YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş abidə olduğu vurğulanıb. Buxara və Multanı karvansaralarında olan qonaqlara bu abidələrin memarlıq quruluşu və təyinatı barədə məlumat verilib.
Elektromobillərlə davam etdirilən gəzinti zamanı İçərişəhərdəki çoxsaylı qədim abidələr, xüsusilə də Qoşa Qala Qapıları və yaxınlığındakı meydan barədə maraqlı tarixi məlumatlar diplomatın diqqətinə çatdırılıb. Sonda qonaqlar “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda olub. Sven Alkalay burada Fəxri Qonaqlar Kitabında ürək sözlərini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR