Bank Of Baku

Sabahdan Azərbaycan ərazisində havalar yenidən soyuyacaq

Sabahdan Azərbaycan ərazisində havalar yenidən soyuyacaq
# 14 yanvar 2011 08:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Yanvarın 14-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, sabah cənub küləyi əsəcək,
günün ikinci yarısında yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gündüz 8-10, axşam 3-5 dərəcə isti olacaq.

Yanvarın 15-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti olacaq.

Yanvarın 16-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru yarımadanın bəzi yerlərinə az yağıntı düşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.

Yanvarın 17-də havanın buludlu olacağı, yarımadanın bəzi yerlərində yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 15-də hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarından başlayaraq, hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Yanvarın 16-17-də hava yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR