Bank Of Baku

Azərbaycan Təhsil Nazirliyi bağça və mühafizə kursunun açılması ilə bağlı 14 müraciətə rədd cavabı verib

Azərbaycan Təhsil Nazirliyi bağça və mühafizə kursunun açılması ilə bağlı 14 müraciətə rədd cavabı verib
# 14 yanvar 2011 09:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ötən il ərzində Azərbaycanda doqquz uşaq bağçasına lisenziya verilib. Təhsil Nazirliyinin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev APA-ya bildirib ki, həmin müəssisələrin əksəriyyəti özəlləşdirilməyə çıxarılmış bağçalardır: “Həmin bağçalar ötən müddətdə təmir işləri ilə məşğul olublar. Artıq istifadəyə hazırdırlar və lisenziya üçün müraciət ediblər. Bağçaların bir qismi isə yeni açılıb. Bu bağçaların hamısı artıq fəaliyyətə başlayıb. Onlar Bakı şəhərində fəaliyyət göstərirlər”.

H. Zərbəliyevin sözlərinə görə, ötən il nazirlik üç mühafizə kursunun açılması üçün lisenziya verib. Bağça və mühafizə kursunun açılması ilə bağlı 14 müraciət rədd edilib. İmtinanın əsas səbəbi müəssisənin maddi-texniki bazasının tələblərə cavab verməməsi, sənədlərdəki çatışmazlıq olub: “Mühafizə kurslarının idman zalı, təlim məşqləri üçün otaqları, müvafiq silahlardan istifadə üçün yerləri olmalıdır. Bunlar olmadıqda lisenziya verilmir. Bəzən də sənədlər qaydasında olmur”.

Nazirlik rəsmisi deyib ki, özəl mühafizə kursları mühüm dövlət və özəl obyektlərinin qorunması ilə məşğul olan mühafizəçilər hazırlayır. Qısamüddətli olan bu kurslarda silahlardan istifadə edildiyi üçün onlar tərəfindən mühafizəçilərin hazırlığı dövlət nəzarəti altında həyata keçirilir. Bu kursların lisenziyalaşdırılması isə Təhsil Nazirliyinə həvalə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR