Bank Of Baku

Həkimlər üçün keçirilmiş ikinci imtahanın nəticələri açıqlanıb

Həkimlər üçün keçirilmiş ikinci imtahanın nəticələri açıqlanıb
# 14 yanvar 2011 09:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Səhiyyə Nazirliyi səhiyyə işçilərinin sertifikasiyası məqsədilə yanvarın 12-də keçirdiyi ikinci imtahanın nəticələrini açıqlayıb. Nazirlikdən APA-ya verilən məlumata görə, anesteziologiya-reanimatologiya və pediatriya ixtisasları üzrə keçirilmiş imtahanlarda 56 nəfər iştirak edib. İştirakçılardan ən yüksək nəticəni 97 bal toplayan anesteziologiya-reanimatologiya ixtisası üzrə çalışan Ömərov İbrahimxəlil Həsən oğlu göstərib. İmtahanın nəticələri nazirliyin rəsmi İnternet saytında yerləşdirilib.

Qeyd edək ki, ilk imtahan yanvarın 5-də mama-ginekologiya və terapiya ixtisasları üzrə keçirilib. Növbəti imtahan yanvarın 19-da oftalmologiya və ümumi cərrahiyyə ixtisasları üzrə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR