Bank Of Baku

Bərdə şəhərində ticarət obyektlərinin sökülməsinə başlanıb

Bərdə şəhərində ticarət obyektlərinin sökülməsinə başlanıb
# 14 yanvar 2011 11:38 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu-APA. Bərdə şəhərinin mərkəzi küçələrində ticarət obyektlərinin sökülməsinə başlanıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, ticarət obyektlərinin sökülməsinə səbəb bu mağaza və dükanların çoxmərtəbəli yaşayış evlərinə bitişik olması, ərazidə antisanitar vəziyyətin yaranmasına səbəb olması və şəhər sakinlərinin etiraz dolu çoxsaylı müraciətidir. Bərdə Rayon İcra Hakimiyyətindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, mərkəzi küçələrdə antisanitar vəziyyətin yaranması ilə yanaşı, 80-ci illərin əvvəllərində inşa olunmuş çoxmənzilli binalarda bir çox kommunikasiya sistemi istismar müddətini başa vurub deyə tez-tez onların təmir və bərpasına zərurət yaranır. Ancaq, bu tikililərin dövrəsində sıx şəkildə ticarət köşklərinin olması binalara müvafiq texnika və vasitələrin yaxınlaşmasını əngəlləyir. Bundan əlavə yanğın və bu kimi təhlükəli vəziyyət yarandıqda əraziyə yanğınsöndürən maşınların daxil olması mümkün olmur. Bərdə RİH-nin baş memarı Yaşar Zamanovun sözlərinə görə, çoxmənzilli binaların yerləşdiyi məhəllələrə girişi əngəlləyən bütün ticarət obyektlərinin sökülməsi nəzərdə tutulur. Köçürülməsi planlaşdırılan mağaza və dükanların sahiblərinə isə Bərdə şəhər bazarında yeni yerlər təklif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR