Bank Of Baku

Azərbaycanlı gənclərin dövlət proqramı çərçivəsində Almaniyada ali təhsil alması üçün müsabiqə elan edilib

Azərbaycanlı gənclərin dövlət proqramı çərçivəsində Almaniyada ali təhsil alması üçün müsabiqə elan edilib
# 14 yanvar 2011 14:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Təhsil Nazirliyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyanın ali məktəblərində təhsil alması məqsədilə müsabiqə elan edib. Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqə informasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya, kimya, ekologiya, kənd təsərrüfatı ixtisasları üzrədir.

Bakalavr səviyyəsində təhsil almaq üçün Azərbaycanın müvafiq universitetlərinin ikinci və ya üçüncü kurslarında təhsil alan və bakalavr səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində I qrupa daxil olan ixtisaslar üzrə ən azı 550, digər ixtisas qrupları üzrə isə ən azı 600 bal toplayan Azərbaycan vətəndaşları müsabiqədə iştirak edə bilər.

Magistratura səviyyəsində təhsil almaq üçün isə 2010-2011-ci tədris ilində I qrup ixtisasları, eyni zamanda 2010-2011-ci tədris ilində digər ixtisas qrupları üzrə orta balı 4-dən aşağı olmayaraq IV kursda təhsil alan və magistratura səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində ən azı 112 bal (və ya bunun ekvivalenti) toplayan namizədlər iştirak edə bilər.

Diplomdan sonrakı tibb proqramlarında təhsil almaq üçün təhsil müddəti ərzində orta qiyməti ən azı 4 olan tibb universitetinin sonuncu kurs tələbələri və ya məzunları müsabiqədə iştirak edə bilər. Tibb təhsili yalnız alman dilində aparılacaq.

Təqdim olunmuş sənədləri Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Almaniyadan gəlmiş ekspertləri tərəfindən yoxlanılacaq və martın 10-11-12-də müsahibə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR