Bank Of Baku

Azərbaycanda telemetrik seysmik stansiyalar zəif təkanların da qeydə alınmasına imkan yaradır

Azərbaycanda telemetrik seysmik stansiyalar zəif təkanların da qeydə alınmasına imkan yaradır
# 14 yanvar 2011 15:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elmi-Texniki Şurasının iclası keçirilib. Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda RSXM-nin 2010-cu ildə aparılmış elmi-istehsalat işlərinin hesabatları müzakirə edilib. Mərkəzin baş direktoru Qurban Yetirmişlinin sədrliyi ilə keçirilən müzakirələrdə RSXM-nin 2010-cu ildə apardığı istehsalat işləri və elmi tədqiqatların nəticəsinə dair seysmoloji, geokimyəvi və geofiziki bölmələrin elmi tədqiqatlarının nəticəsinə dair hesabatlar dinlənilib.

“Seysmoloji və geodinamik tədqiqatlar ” şöbəsinin müdiri Tahir Məmmədli “Zəif seysmiklik əsasında Azərbaycanda ocaq zonalarının müəyyənləşdirilməsi” mövzusunda 2008-2010-cu illərdə aparılmış elmi-tədqiqat işlərinin nəticələrinə dair hesabatı təqdim edib. Bu hesabat son illər Azərbaycan ərazisindəki seysmogen vəziyyətlə bağlı əldə edilmiş materiallar əsasında hazırlanıb.

“Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi Səidə İsmayılova isə bildirib ki, respublika ərazisində peyk rabitəli telemetrik seysmik stansiyaların sayının artması Azərbaycan ərazisində və ona bitişik yerlərdə baş verən zəlzələlərin qeydiyyatında da müsbət nəticə verir. Belə ki, telemetrik seysmik stansiyaların sayının artması əvvəllər qeydə alınması mümkün olmayan zəif təkanların qeydə alınmasına da imkan yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR