Bank Of Baku

ARDNŞ-da ali məktəb tələbələrinə təqaüdlərin təqdim olunması mərasimi keçirilib

ARDNŞ-da ali məktəb tələbələrinə təqaüdlərin təqdim olunması mərasimi keçirilib
# 14 yanvar 2011 15:57 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) ölkənin ali məktəblərinin tələbələrinə təqaüdlərin təqdim olunması mərasimi keçirilib.

APA-Economics” xəbər verdiyi kimi, mərasimdə Şirkətin prezidenti Rövnəq Abdullayev təqaüdə layiq görülmüş 119 tələbəyə ARDNŞ-ın təqaüdlərini təqdim edib.

Qeyd edək ki, 2008-ci ildən aylıq təqaüdün məbləği 70 manat olub, 2010-cu ilin noyabrından isə bu məbləğ 100 manata qaldırılıb.

ARDNŞ-ın məlumatında deyilir ki, şirkət öz təqaüdçüləri daim diqqət mərkəzində saxlayır və onlara dəstək olur. Belə ki, təhsilini başa vurmuş təqaüdçülər ARDNŞ-nin müəssisələrində işlə təmin olunurlar. 2009-cu ildə bu yolla 62, 2010-cu ildə isə 25 məzun işə qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR