Bank Of Baku

Azərbaycan Universitetində xaricdə təhsil alan bir qrup gənc mütəxəssis və alimlə görüş keçirilib

Azərbaycan Universitetində xaricdə təhsil alan bir qrup gənc mütəxəssis və alimlə görüş keçirilib
# 15 yanvar 2011 09:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Universitetində (AU) xarici ölkələrin tanınmış ali məktəblərində təhsil alan bir qrup gənc mütəxəssis və alimlə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə qərb təhsil modelləri və onların Azərbaycanda adaptasiya imkanları müzakirə edilib. AU-nun rektoru Akif Musayev bildirib ki, görüşün əsas məqsədlərindən biri xaricdə təhsil alan tələbələrin bilik və bacarıqlarından Azərbaycan vətəndaşlarının ixtisaslı kadr kimi yetişdirilməsində istifadə etməkdir: “Azərbaycan Universiteti ölkədə qeydiyyatdan keçmiş ilk özəl universitetdir. Son illər universitetin reytinqinin yüksəldilməsi ilə bağlı ciddi işlər görülür. Məqsədimiz həm də xaricdə təhsil alan tələbələrin potensialından universitetinin reytinqinin güclənməsində istifadə etməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR