Bank Of Baku

Azərbaycanın gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsi ilə bağlı ötən il qeydə alınan faktların sayı 2 dəfədən çox artıb - FOTO

Azərbaycanın gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsi ilə bağlı ötən il qeydə alınan faktların sayı 2 dəfədən çox artıb - <font color=red>FOTO</font>
# 15 yanvar 2011 11:55 (UTC +04:00)
Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən il 319,098 kq-dan çox narkotik, o cümlədən, 224,288 kq-dan çox həşiş, 42,850 kq heroin, 34,047 kq tiryək, 28,6 qr marixuana, 17,272 kq metamfetamin maddəsi, 574 qr psixotrop maddə (ampul, kapsul və həb şəklində), 7,6 qr metadon qanunsuz dövriyyədən götürülüb. Bu faktlar üzrə şübhəli bilinən şəxslərdən 142 nəfəri kişi, 16 nəfəri qadın olmaqla, ümumilikdə 158 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tutulan şəxslərin 123-ü Azərbaycan, 32-si İran, 2-si Rusiya, 1-i Gürcüstan vətəndaşları olub.

Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 9 fakt üzrə 169,062 kq, Astara Gömrük İdarəsi tərəfindən 51 fakt üzrə 62,008 kq, Bakı Baş Gömrük İdarəsi tərəfindən 17 fakt üzrə 30,567 kq, Biləsuvar Gömrük İdarəsi tərəfindən 51 fakt üzrə 18,626 kq, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 6 fakt üzrə 15,418 kq, Xaçmaz Gömrük İdarəsi tərəfindən 4 fakt üzrə 12,426 kq, Culfa Gömrük İdarəsi tərəfindən 3 fakt üzrə 8,856 qr, Şahtaxtı Gömrük İdarəsi tərəfindən 1 fakt üzrə 1,982 kq, Balakən Gömrük İdarəsi tərəfindən 2 fakt üzrə 76,1 qr, Xudafərin Gömrük İdarəsi tərəfindən 1 fakt üzrə 74 qr narkotik vasitə qanunsuz dövriyyədən götürülüb.

Hesabat ilində aşkar olunmuş faktların və əməliyyat məlumatlarının təhlili narkoqaçaqmalçıların İran-Azərbaycan-Rusiya marşrutu ilə yanaşı, ölkə ərazisindən istifadə etməklə Kanada, Tailand, Malayziya, Yunanıstan, İsveç və digər ölkələrə də narkotik ötürülməsində istifadəyə cəhd göstərdiklərini təsdiq edib.

Bundan başqa, 2010-cu ildə narkotik axtarışı üzrə kinoloji itlərin tətbiqi nəticəsində 11 fakt aşkar olunub və narkoqaçaqmalçılardan 10,429 kq narkotik götürülüb.

İl ərzində narkotiklərin keçirilməsi üçün narkoqaçaqmalçıların çox müxtəlif gizlətmə üsullarından istifadə etdikləri müəyyənləşdirilib. Belə ki, narkotiklər 18 halda daxili orqanlardan (mədə, düz bağırsaq və qadın cinsiyyət orqanlarından), 16 halda müxtəlif heyvan fiqurlarının içərisindəki xüsusi düzəldilmiş gizli yerdən, 7 halda ikiqat içlikli çamadanlardan, 3 halda şəkil və qapı çərçivələrindən aşkar olunub, bununla yanaşı yapışqanlı lentlə bədənin (o cümlədən, azyaşlı uşaqların bədəninin) müxtəlif hissələrinə bağlamaqla, divar saatında, təkər içərisində, yanacaq çənində, samovar borusunda, siqaret qutusunda, ayaqqabı dabanında, mobil telefonun içərisində, şirə qutusunda, avtomobillərin müxtəlif hissələrində, müxtəlif yüklərin içərisində, paltarlara hopdurmaqla və digər üsullarla keçirməyə cəhdlərin qarşısı alınıb.

Aşkar olunmuş faktların təhlili son illər transmilli və mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilən narkoqaçaqmalçılıq hallarının çoxaldığını göstərir. Belə ki, 2010-cu ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 cinayətkar dəstə aşkar olunaraq zərərsizləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR