Bank Of Baku

Azərbaycanda 1 800 452 nəfər sığortaolunanın fərdi şəxsi hesabı var

Azərbaycanda 1 800 452 nəfər sığortaolunanın fərdi şəxsi hesabı var
# 17 yanvar 2011 08:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Ötən ilin əvvəli ilə müqayisədə bu il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,79% artıb.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev “APA-Economics”ə bildirib ki, “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq davam etdirilən tədbirlər nəticəsində 2010-cu il ərzində DSMF tərəfindən əlavə olaraq 160 523 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 800 452 nəfərə yüksəlib.

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 55,4%-i kişi, 44,6%-i isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaşlı sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 25,7%-ni əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olanların 21,6%-ni 30 yaşadək olan, 22,5%-ni 30-40 yaşlı, 21%-ni 50-60 yaşlı, 9,2%-ni isə 60 yaşdan yuxarı olan sığortaolunanlar təşkil edir.

Qeyd edək ki, fərdi uçot əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il yanvarın 1-dən tətbiq olunan “Əmək pensiyaları haqqında” qanuna əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR