Bank Of Baku

Yaxın vaxtlarda Azərbaycanda yeni nəsil biometrik pasportlar olacaq

Yaxın vaxtlarda Azərbaycanda yeni nəsil biometrik pasportlar olacaq
# 17 yanvar 2011 10:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Artıq Azərbaycanda biometrik pasportlara keçid üçün hazırlıq işləri görülüb. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq bu işi bu il daha da sürətləndirəcək. Yaxın zamanlarda isə Azərbaycanda yeni nəsil biometrik pasportlar olacaq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib. Onun sözlərinə görə, biometrik xüsusiyyətlərdən ilk əvvəl insanların rəqəmli fotosu, əl barmaq izləri biometrik pasportlarda olacaq.

Biometrik pasportlara keçid işinin öz axarı ilə getdiyini söyləyən institut direktoru bildirib ki, artıq “Biometrik məlumatlar haqqında” qanun qəbul edilib. Eyni zamanda ölkə prezidentinin təsdiqlədiyi “Biometrik eyniləşdirmə sisteminin yaradılması haqqında Dövlət Proqramı”nda qoyulan vəzifələr vaxtında yerinə yetirilir, şəxsiyyəti müəyyənləşdirən yeni nəsil sənədlərin istehsalı ilə əlaqəli müəyyən normativ hüquqi baza yeniləşdirilir. Hazırda ölkədə biometrik pasportların təsdiq olunması, istehsalı ilə bağlı da işlər aparılır: “Digər tərəfdən, ölkədə biometrik sistemin yaradılması üçün işlər aparılır. Çünki bütün sərhəd-keçid məntəqələrində müvafiq avadanlıqların qurulması, həmin pasportlardakı məlumatların oxunması üçün texniki vasitələrin alınması, təsdiq olunması, eyni zamanda biometrik sistemlərin yaratdığı biometrik eyniləşdirmə sisteminin formalaşdırılması üçün böyük işlər görülür. Ölkədə mərkəzi biometrik məlumatlar bazasının formalaşması üçün də araşdırmalar aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR