Bank Of Baku

Səhiyyə Nazirliyi kolbasa və kolbasa məmulatlarının keyfiyyətini yoxlamağa başlayıb

Səhiyyə Nazirliyi kolbasa və kolbasa məmulatlarının keyfiyyətini yoxlamağa başlayıb
# 18 yanvar 2011 10:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ticarət mərkəzlərində satılan kolbasa, kolbasa məmulatlarının keyfiyyətinin gigiyenik tələblərə cavab verib-vermədiyini öyrənmək məqsədilə yoxlamalara başlayıb. Bu barədə APA-ya RGEM-in qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib.

O bildirib ki, yoxlamalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı ticarət mərkəzlərində aparılır. Yoxlamaların yanvarın 25-dək yekunlaşması nəzərdə tutulur. Bu yoxlamalardan sonra isə mərkəz süd və süd məmulatlarının keyfiyyətini araşdırmağa başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR