Bank Of Baku

Almaniyada qaçqınların sayı 1,5 dəfə artıb

Almaniyada qaçqınların sayı 1,5 dəfə artıb
# 18 yanvar 2011 10:46 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyadan siyasi sığınacaq almaq istəyənlərin sayı ötən il 1,5 dəfə artaraq 41 min nəfərə çatıb.

APA-Economics”in “DW-WORLD”ə istinadən xəbərinə görə, bu barədə məlumat Almaniya Daxili İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Müraciət edənlərdən yalnız 16%-nin iddiası tam təmin olunub və 7,7 min nəfərə siyasi sığınacaq verilib. Daha 2,7 min nəfər (5,6%) deportasiyadan müdafiə hüququ qazanıb. Digər müraciətlər isə rədd edilib.

Almaniyanın daxili işlər naziri Tomas de-Mezyer bildirib ki, zaman keçdikcə saxta müraciətlərin sayı artır. Daha çox saxta sənəd Serbiya və Makedoniyadan olan miqrantlar tərəfindən təqdim olunur.

Qeyd edək ki, 2010-cu ildə Almaniya hökuməti miqrantlara qarşı siyasətini sərtləşdirib, onları reinteqrasiya kurslarına getməyə məcbur edib. Kurslara getməyənlərin ölkə ərazisində qalma müddəti uzadılmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR