Bank Of Baku

Söz Azadlığını Müdafiə Fondu “İşğal muzeyi”nin yaradılmasını təklif edir

Söz Azadlığını Müdafiə Fondu “İşğal muzeyi”nin yaradılmasını təklif edir
# 18 yanvar 2011 11:36 (UTC +04:00)
Bakı-APA. Söz Azadlığını Müdafiə Fondu (SAMF) Azərbaycanın erməni işğalı altında qalan rayonlarının tarixi ilə bağlı eksponatların, habelə işğalla əlaqədar bütün məqamları özündə əks etdirən “İşğal muzeyi”nin yaradılması təklifi ilə çıxış edib. Bu barədə APA-ya fonddan bildirilib. Bu məqsədlə fond mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə müraciət ünvanlayıb. Fond hesab edir ki, Azərbaycanda analoji muzeyin yaradılması vasitəsilə gələcək nəsillərə, cəmiyyətə, beynəlxalq ictimaiyyətə Qarabağın işğalının vurduğu maddi və mənəvi ziyanlar barədə məlumatları daha geniş formada çatdırmaq olar. İşğal altında olan rayonların tarix-diyarşünaslıq muzeylərinin işğaldan çıxarılmış eksponatların da sərgiləndiyi muzeydə onların mühafizəsi və qorunması mümkün olacaq. Yeri gəlmişkən qeyd edək ki, Litva, Gürcüstan və Moldovada bu tipli muzeylər fəaliyyətdədir.
Qeyd olunub ki, fond bu istiqamətdə ilkin addım kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsini başa çatdıraraq www.diyarshunasliq.az resursunu internet istifadəçilərinin ixtiyarına verib. Artıq SAMF layihənin davamı olaraq işğal ərazilərinə qonşu rayonların tarix-diyarşünaslıq muzeyləri barəsində məlumatların toplanılmasına start verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR