Bank Of Baku

Ötən ilin dekabrında Azərbaycanda yeyinti sahəsi üzrə 30 obyektin fəaliyyəti dayandırılıb

Ötən ilin dekabrında Azərbaycanda yeyinti sahəsi üzrə 30 obyektin fəaliyyəti  dayandırılıb
# 18 yanvar 2011 11:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Sanitariya-epidemioloji xidmət orqanları ötən ilin dekabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 109 müəssisənin sahibkarını inzibati qaydada cərimələyib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya bildirilib ki, istintaq orqanlarına 12 iş verilib, 30 obyektin fəaliyyəti dayandırılıb, 19 nəfər işdən kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 863, mikrobioloji göstəricilərinə görə 527, toksikoloji göstəricilərinə görə 121, radioloji göstəricilərinə görə 40 yeyinti məhsulu nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 12-də orqanoleptik və fiziki-kimyəvi, 9-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub. Şadlıq evlərindən götürülmüş 1979 yaxma nümunəsinin 38-də, mikrobioloji çirklənmə aşkarlanıb. Müayinə olunmuş 204 soyuq qəlyanaltı nümunəsində normadan kənara çıxma aşkar edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR