Bank Of Baku

Azərbaycanda ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb - YENİLƏNİB

Azərbaycanda ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb - <font color=red>YENİLƏNİB</font>
# 18 iyul 2011 14:49 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə,
imtahanın nəticələri TQDK-nın internet saytında yerləşdirilib.

E. Nağızadə bildirib ki, test imtahanının nəticəsinə əsasən, 4144 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. IV qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentin ümumi balı 200-dən az olmamalıdır (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Torpaqşünaslıq və aqrokimya, aqronomluq, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, meşəçilik, əczaçılıq (baytarlıqda), baytarlıq ixtisasların dövlət sifarişi əsasında ayrılış yerlərinin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edəcəklər.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtlərində dəyişiklik edilib. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdirilib.

İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərməsi kifayətdir.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər. IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 14 619 abituriyentdən 689 nəfəri imtahana gəlməyib. Abituriyentlərdən 29 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunub.

IV ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

İxtisas seçimi bütün qruplar üzrə iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR