Bank Of Baku

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi: Uşaq qidaları xüsusiləşdirilmiş mağazalarda satılmalıdır

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi: Uşaq qidaları xüsusiləşdirilmiş mağazalarda satılmalıdır
# 19 iyul 2011 08:49 (UTC +04:00)
Bu haqda APA-ya Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, tədbirlər planına uyğun olaraq, bu ilin ikinci yarısında keçiriləcək monitorinq zamanı satışda olan 100-dək uşaq qidasından nümunələr götürüləcək və müayinə ediləcək: “Uşaq qidaları özəl xüsusiyyətlərə malikdir. Onlar quru və havalandırma şəraiti olan yerlərdə saxlanılmalıdır. Bu məhsulları nəmdən və günəş şüalarından qorumaq lazımdır. Amma bəzən kənd yerlərində və alıcı sayı az olan mağazalarda bu məhsullar uzun müddət anbarda və ya piştaxtada qalır. Saxlanma şəraiti düzgün olmadıqda isə qidanın tərkibində müəyyən fiziki-kimyəvi dəyişikliklər baş verir”.

İ. Abdullayev qeyd edib ki, uşaq qidaları xüsusiləşdirilmiş mağazalarda satılmalıdır: “Bu mümkün deyilsə, heç olmasa, mağazalarda uşaq qidaları üçün xüsusi şöbələr yaradılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR