Bank Of Baku

Azərbaycanın bir sıra rayonlarının orta məktəblərinin eyni ibtidai sinfində qeyri-qanuni olaraq iki və daha artıq müəllimin işlədiyi məlum olub

Azərbaycanın bir sıra rayonlarının orta məktəblərinin eyni ibtidai sinfində qeyri-qanuni olaraq iki və daha artıq müəllimin işlədiyi məlum olub
# 19 iyul 2011 10:16 (UTC +04:00)
APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov araşdırmaların nəticələri əsasında yeni fənn kurikulumlarının tətbiqi vəziyyəti haqqında əmr imzalayıb. Əmrdə qeyd edilir ki, həmin rayonların təhsil şöbələri və ümumtəhsil məktəblərinin rəhbərliyi tərəfindən göstərilən iş sahəsində bir sıra müsbət nəticələr əldə edilsə də, müəyyən çatışmazlıqlar da mövcuddur.

Belə ki, həmin rayonların bir sıra məktəblərində ibtidai sinif müəllimlərinin işə qəbulu, dərs bölgüsünün aparılması, məktəbdaxili qiymətləndirmənin aparılması, məktəb rəhbərləri arasında maarifləndirici tədbirlərin təşkili sahəsində nöqsanlara yol verilib: “Əvvəlki illərdə zəruri ehtiyac olmadan müəllimlərin işə qəbulu, sinif komplektlərinin isə ilbəil azalması ibtidai siniflərdə işləyən müəllimlərin sayının sinif komplektlərinin sayından xeyli artıq olması ilə nəticələnib. Araşdırma aparılan rayonların bir sıra məktəblərində qeyri-qanuni olaraq eyni sinifdə iki, bəzən isə daha artıq müəllimin işləməsi halları da üzə çıxarılıb. Məlum olub ki, rayon təhsil şöbələrinin məsləhətçilərinin və bütövlükdə metodkabinetlərinin fənn kurikulumlarının tətbiqi istiqamətində məktəb rəhbərlərinə və müəllimlərə metodik köməkliyi lazımi səviyyədə deyil. Bu vacib məsələnin həyata keçirilməsində məqsədyönlü sistem yaradılmayıb. Acınacaqlı haldır ki, Astara rayon təhsil şöbəsinin metodkabinetinin metodisti nəinki kurikulum islahatlarından xəbərsizdir, o hətta latın qrafikalı əlifba ilə yazmağı belə bacarmır”.

Təhsil Naziri qeyd olunan nöqsan və çatışmazlıqların 2011-2012-ci dərs ilində aradan qaldırılması üzrə müvafiq fəaliyyət planının hazırlanıb təsdiq olunmasının təmini haqqında nazirliyin aidiyyəti qurumlarına tapşırıq verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR